Bu ərazilərdə yolları buz bağlayıb - Video -Yenilənib

bu-erazilerde-yollari-buz-baglayib
Oxunma sayı: 4325

Bakıda və ətraf ərazilərdə müşahidə edilən qarlı-şaxtalı hava şəraiti səbəbindən bəzi ərazilərdə yolları buz bağlayıb.

“Qafqazinfo” xəbər verir ki, hazırda Qardağ rayonunun Müşfiqabad qəsəbəsi, Abşeronun Güzdək, Atyalı, 28 May, Pirəkəşkül, Qobu, Hökməli qəsəbələri ərazilərindəki yollarda qar qalması səbəbindən hərəkət çətinləşib.

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinə gedən yoldan çəkilmiş görüntüləri təqdim edirik.

***

Qaradağ RİH-dən “Qafqazinfo”ya bildirilib ki, buzlaşmanın olduğu ərazi Müşfiqabaq qəsəbəsinə aid deyil: “Həmin ərazi mərkəzi trasdır, Sumqayıta gedən magistral yolun hissəsidir”.