Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

yeniyetme-semed-vurgunun-emisi-nevesini-bicaqladi
Oxunma sayı: 684

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.az-ın məlumatına görə, bıçaqlanan şəxs Xalq şairi Səməd Vurğunun əmisi nəvəsidir.

Fakt araşdırılır.