Bakıda küçədə qəribə hərəkətlər edən azyaşlının görüntüləri yayıldı - Yenilənib

bakida-kucede-qeribe-hereketler-eden-azyaslinin-goruntuleri-yayildi
Oxunma sayı: 6093

Sosial şəbəkələrdə Bakı küçələrinin birində yol kənarında halsız vəziyyətdə olan məktəblinin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə azyaşlı oğlanın qəribə hərəkətlər etdiyi əks olunub.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu ilə əlaqə saxladıq. 

Xidmət rəhbərinin sözlərinə görə, qurum hazırda məsələ ilə məşğuldur, onun yeri müəyyən olunur və polisə də bu haqda məlumat verilib.

***

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu azyaşlının kimliyin müəyyən olunduğunu bildirib:

“Görüntüləri görən kimi biz o azyaşlını tanıdıq. Qeyd edək ki, hazırda polis onun yerinin müəyyən edilməsi istiqamətində işlər aparır. O, dövlət komissiyası tərəfindən iki dəfə müalicə müəssisəsinə yerləşdirilib, orada müalicə olunub. Müalicəsi bitdikdən sonra xəstəxana tərəfindən valideyninə təhvil verilib. Görünür, yenə ailəsindən qaçır. Təəssüflər olsun ki, bu yolu seçib. Yeri müəyyən olunduqdan sonra onu yəqin ki, yenidən müalicə müəssisəsinə yerləşdirəcəyik”.