Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub.
“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamalda atla hərəkət edərək təhlükə yaradan şəxs saxlanılıb.
Paytaxtın Yasamal rayonunda atla avtomobil yolunda hərəkət edərək təhlükə yaradan və avtomobilə maddi ziyan vuran şəxs müəyyən olunub.
Polis tərəfindən S.Şükürlü saxlanılıb.
Onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Son xəbərlər
Son Xəbərlər