ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İranla əlaqəsi olan gəmini məhv etdiyini elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CENTCOM sosial şəbəkə hesabında rəsmi məlumat yayıb.
Hadisənin oktyabrın 6-da baş verdiyi bildirilir. Yaxın Şərqdə “dau” adlandırılan kiçik taxta motorlu yelkənli gəmi ABŞ hərbi gəmilərini izləyib və onlar üçün təhlükə yaradıb. Amerika hərbçiləri gəmiyə zərbə endirərək onu tamamilə sıradan çıxarıblar. Qeyd olunub ki, heyət üzvləri təhlükəsiz şəkildə təxliyə edilib.
Digər tərəfdən, oktyabrın 14-də Hörmüz boğazında Sinqapura məxsus “GFS Pride” konteyner gəmisinin naməlum mərminin dəyməsi nəticəsində yandığı və batdığı bildirilib. Gəmidə olan 21 heyət üzvünün hamısı xilas edilib. Həmçinin oktyabrın 11-də ABŞ-nin İranın dəniz blokadasını pozmağa cəhd göstərən yük gəmisini, daha əvvəl isə İran tankerini vurduğu məlum olub.
Son xəbərlər
Son Xəbərlər