Husilər Ər-Riyaddakı beynəlxalq hava limanına raket zərbəsi endirdiklərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Reuters” agentliyi bu barədə hərbi nümayəndəyə istinadən məlumat yayıb.
“Yəmənli husilər Ər-Riyaddakı Kral Xalid hava limanına ballistik raketlə hücum etdiklərini bildiriblər”, - məlumatda deyilir.
Qeyd edək ki, oktyabrın 12-də husilərin Ər-Riyad hava limanına ballistik raketlə zərbə endirdikləri barədə məlumat verilmişdi.
Son xəbərlər
Son Xəbərlər