Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı - Yenilənib

bakida-quyudan-4-yasli-qizin-meyiti-tapildi
Oxunma sayı: 7194

Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

FHN hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilir ki, Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.