Bakıda şotlandiyalı menecer küçədə yatdı, telefonu oğurlandı

bakida-sotlandiyali-menecer-kucede-yatdi-telefonu-ogurlandi
Oxunma sayı: 3933

Bakıda Şotlandiya vətəndaşının telefonu oğurlanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saatlarında Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yatan 1979-cu il təvəllüdlü M.S.Stewarda məxsus telefonu üzərindən götürülərək oğurlanıb.

O, polisə müraciətində bildirib ki, gecə saatlarında Bakının mərkəzindəki kafelərdən birində spirtli içki qəbul edib. “Pub”ı tərk etdikdən sonra küçədə sərxoş halda yuxulayıb və oyananda telefonunun götürüldüyünü görüb.

Qeyd edək ki, telefonu oğurlanan Şotlandiya vətəndaşı Bakıda fəaliyyət göstərən məşhur xarici şirkətlərdən birində menecer kimi fəaliyyət göstərir.

Nizam Rza