Bakıda Su çərşənbəsində 2 nəfər xəsarət aldı

bakida-su-cersenbesinde-2-nefer-xesaret-aldi
Oxunma sayı: 435

Ötən gün Su çərşənbəsində qalanan tonqallarda 2 nəfər xəsarət alıb.

Bununla bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mərkəzə tonqalda yanma səbəbilə 2 çağırış qeydə alınıb: “Çağırış ünvanlarına təcili tibbi yardım briqadaları cəlb olunub.

Briqada tərəfindən 15 yaşlı (kişi) və 9 yaşlı (qadın) şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunublar”.

Xatırladaq ki, ötən gün Gəncədə də 17 yaşlı oğlan tonqalda xəsarət almışdı.