Serialda tanış olub nişanlandılar - Video

serialda-tanis-olub-nisanlandilar
Oxunma sayı: 699

Türkiyəli məşhur aktrisa Hayal Köseoğlu nişanlanıb.

“Qafqazinfo” xəbər verir ki, SHOW TV-də yayımlanan “Muhtemel Aşk” serialında “Melis” obrazını canlandıran aktrisa “Hudutsuz Sevda” serialında tanış olduğu Nezir Çınarlı ilə münasibətini rəsmiləşdirib.

Cütlük Bodrumda ailələrinin və yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə nişan üzüyü taxıb.

Sadə və səmimi atmosferdə baş tutan tədbirdə yaxın dostlar sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə xoşbəxt anları izləyicilərlə bölüşüblər.