Bu görüntüləri gündəm oldu - Video

bu-goruntuleri-gundem-oldu
Oxunma sayı: 1281

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və ölkənin xarici işlər naziri Əsəd Həsən Şeybani paytaxt Dəməşqdə yerləşən yerli restoranlardan birində yemək yeyərkən görüntüləniblər.

“Qafqazinfo” xəbər verir ki, görüntülərin yayılmasından sonra iki rəsmi şəxsin ictimai məkanda, sadə və təhlükəsizlik tədbirlərinin minimal olduğu şəraitdə görünməsi diqqət çəkib.

Məlumata görə, əl-Şaraa və Şeybani restorana daxil olaraq masa arxasında yemək sifariş ediblər və ətrafdakı vətəndaşlarla qısa söhbətlər də ediblər. Onların davranışlarının təbii və rəsmi protokoldan kənar olması sosial mediada maraq doğurub.

Paylaşılan videolar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq çox sayda izlənmə toplayıb və ölkə gündəmində müzakirə mövzusuna çevrilib.