Bakının mərkəzində tələbə bıçaqlandı

bakinin-merkezinde-telebe-bicaqlandi
Oxunma sayı: 2651

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsi 80-in qarşısında 19 yaşlı O.Murtuzzadə bıçaqlanıb. Döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Nəsimi RPİ 21-ci Polis Bölməsinin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı V.Kərimov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bıçaqlanan gənc Türkiyədəki universitetlərdən birinin tələbəsidir.