Bakıya qonaq gələn tələbə itkin düşdü

bakiya-qonaq-gelen-telebe-itkin-dusdu
Oxunma sayı: 872

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, 19 yaşlı Vasif Abidinovdan bir neçə gündür xəbər yoxdur.

Məlumat üçün bildirək ki, Vasif Abdinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir.

O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib. 

DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib.

“Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir”.