Ukrayna Prezidenti Volodimir Zelenski Berlinə elan olunmamış səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Kurier” qəzeti məlumat yayıb.
Zelenskinin Berlinə səfərinin təhlükəsizliyə görə əvvəlcədən açıqlanmadığı bildirilir.
Səfər çərçivəsində Ukrayna liderinin Almaniya Kansleri Fridrix Mertslə görüşü planlaşdırılıb. Görüşdə müharibə ilə bağlı Ukraynaya daha çox dəstək verilməsi məsələsinin müzakirə olunacağı gözlənilir.
Zelenskinin həmçinin bu gün işinə başlayan Berlin Təhlükəsizlik Konfransında xüsusi qonaq kimi çıxışı nəzərdə tutulub. Bundan başqa, Ukrayna münaqişəsi mövzusu konfransın əsas müzakirə mövzusu olacaq.
Son xəbərlər
Son Xəbərlər