Xüsusi təyinatlılarını Rusiya ilə sərhədə göndərdi

xususi-teyinatlilarini-rusiya-ile-serhede-gonderdi
Oxunma sayı: 1031

Polşanın xüsusi təyinatlı GROM bölməsinin əməkdaşları mümkün təxribatların qarşısının alınması əməliyyatında iştirak etmək üçün Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə göndərilib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Polşanın Baş naziri Donald Tusk açıqlayıb.

“Biz bu bölgəyə əhəmiyyətli polis, sərhəd xidməti və antiterror bölmələri qüvvələrinin göndərilməsi barədə qərar qəbul etdik”, - Tusk hökumətin iclasından əvvəl deyib.

Bununla belə, Baş nazir Polşa ilə sərhəddə həqiqətən təxribatlara hazırlıq aparıldığına dair heç bir sübut təqdim etməyib.

Daha əvvəl Polşanın RMF FM nəşri ötən həftə ölkənin Hərbi Kəşfiyyat Xidmətinin və müttəfiq dövlətlərin kəşfiyyat qurumlarının Varşavanı yaxın günlərdə Kalininqrad vilayəti ilə sərhəddə mümkün təxribatlar barədə xəbərdar etdiyi barədə məlumat yayıb. Mümkün ssenarillərdən biri kimi silahlı qrupların sərhədi keçməsi göstərilib. 

Bununla əlaqədar ayrı-ayrı polis bölmələrinin 2-8 noyabr tarixləri aralığında ən yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verilib. Bundan əlavə, bir neçə voyevodalığın polis idarələrindən sərhədə əlavə qüvvələr göndərilib.