“Qohuma borc verilməz”

qohuma-borc-verilmez
Oxunma sayı: 1038

Ekranlardan uzaq qalsalar da, son zamanlar sosial şəbəkələrdə paylaşdıqları videolarla tez-tez diqqət mərkəzində olan Pınar Altuğ və Yağmur Atacan cütlüyü bu dəfə borc mövzusundakı fikirləri ilə gündəmə gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızları Suyu təhsil alması üçün İngiltərəyə göndərən cütlük, “YouTube” layihələrinin yeni buraxılışında maraqlı məqamlara toxunub.

Cütlük yaxın ətrafa və qohumlara borc pul vermək məsələsindən danışıb. Mövzuya fərqli bir aspektdən yanaşan Yağmur Atacan, yaxın qohuma verilən pulun borc kimi qəbul edilməməli olduğunu bildirib: “Yaxın qohuma borc verilməz. Ehtiyacı varsa, ona pul verilər. Geri qaytarsa, bunun adı borc olar. Qaytarmasa, yaxın qohuma verilmiş bir pul olaraq qalar”.

Həyat yoldaşının fikirləri ilə razılaşan Pınar Altuğ isə borc pul verməyin dostluq münasibətlərinə zərər vura biləcəyini qeyd edib: “Yağmur həmişə deyir, pulu versən də, verməsən də dostluğun zərər görəcək. Burada dostunu nə qədər çox sevdiyin önəmlidir. Bu, çox çətin məsələdir. Gərək həyatda bununla bağlı prinsipial bir qərar qəbul edəsən. Hazırda maddi problemləri nəzərə alsaq, həqiqətən çətin vəziyyətdir... Qohuma verilən pulu borc kimi deyil, yardım kimi düşünmək lazımdır”.

Söhbətin davamında Atacan həyat yoldaşına zarafatla giley edib. Özündən və Pınar Altuğdan istənilən borc məbləğləri arasındakı fərqə diqqət çəkən aktyor gülərək bu sözləri deyib: “Xüsusilə Pınar məsələsində incidiyimi bildirmək istəyirəm, dostlar. Məndən 100 min lirəyə qədər borc istəyirsiniz, bu istək isə Pınar xanımdan 500 min lirədən başlayır... Aramızda bu qədər fərq var məgər?”

Xatırladaq ki, aktrisa P.Altuğ 2008-ci ildə aktyor Yağmur Atacanla ailə qurub. Cütlüyün 2009-cu ildə Su adını verdikləri bir qız övladları dünyaya gəlib.