Balaxanı neftçiləri ilin ilk yarısını rekord hasilat göstəriciləri ilə bitirdilər

balaxani-neftcileri-ilin-ilk-yarisini-rekord-hasilat-gostericileri-ile-bitirdiler
Oxunma sayı: 361

“Balaxanı-Sabunçu-Ramana” yatağında SOCAR-la “Hasilat Pay Bölgüsü” sazişinə əsasən hasilat işləri aparan “Balakhani Operating Company LTD” (BOC) 2026-cı ilin ilk yarısını rekord göstəricilərlə bitirib.

“Qafqazinfo” xəbər verir ki, şirkət hasilatını orta gündəlik olaraq 1000 tona çatdırıb. Bundan əlavə qabaqcıl geoloji modelləşdirmə və geoloji-texniki tədbirlərin tətbiqi nəticəsində fəaliyyət ərazilərində işlənmədə olan ümümi quyuların sayı 820-yə qədər optimallaşdırılıb.

Bu nəticənin arxasında hər bir BOC heyət üzvünün durduğunu qeyd edən şirkət prezidenti Rövşən Rzayev Balaxanı neftçilərinə yarımillik nəticələrlə bağlı təşəkkür məktubu ünvanlayıb. Onlara əməyi, fədakarlığı və həmrəy ruhuna görə minnətdarlığını ifadə edən qurum rəhbəri vurğulayıb ki, təcrübə göstərir ki, gündəlik əməliyyatlarda dayanıqlı proseslərdən maksimum istifadə hasilat nəticələrini yüksəldir. “Balakhani Operating Company LTD” bundan sonra da hasilat əməliyyatlarını ekoloji mühafizə ilə tarazlı şəkildə apararaq fəaliyyətini səmərəli və məsuliyyətli şəkildə qurmaqda davam edəcək.