“Barselona” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferini rəsmi olaraq elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytında məlumat verilib.
30 yaşlı ispaniyalı futbolçu katalonlarla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Məlumata görə, “Barselona” bu transfer üçün İngiltərə klubuna 70 milyon avro ödəyib. Sazişdə əlavə bonus ödənişləri də nəzərdə tutulub.
Qeyd edək ki, Rodri son yeddi mövsümdə “Mançester Siti”nin şərəfini qoruyub. Bu müddət ərzində təcrübəli yarımmüdafiəçi dörd dəfə İngiltərə Premyer Liqasının çempionu və Çempionlar Liqasının qalibi olub.
2024-cü ildə Avropa çempionu olan futbolçu dünya futbolunun ən nüfuzlu fərdi mükafatına – “Qızıl top”a layiq görülüb. Bu yay isə Rodri İspaniya milli komandasının heyətində dünya çempionu titulunu qazanıb və mundialın ən yaxşı oyunçusu seçilib.
The master of space and time touches down in Barcelona ⏱️ pic.twitter.com/BESJxrGg3w
— FC Barcelona (@FCBarcelona) August 18, 2026
Son xəbərlər
Son Xəbərlər