Baş həkim yayılan video ilə bağlı işdən çıxarılıb?

bas-hekim-yayilan-video-ile-bagli-isden-cixarilib
Oxunma sayı: 6231

Sosial şəbəkələrdə Masallı rayonunda mağazadan oğurluq edən şəxsin görüntüləri yayılıb.

Mağazanın müşahidə kamerası tərəfindən qeydə alınan görüntülərdə orta yaşlı kişinin marketdəki rəflərdən birindən məhsulu götürərək cibinə qoyduğu görünür. İddia olunur ki, həmin şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rasim Əzizovdur. 

“Qafqazinfo” məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərib. Cavab olaraq bildirilib ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Qeyd olunub ki, direktor vəzifəsi İlqar Ramizoğluna həvalə edilib. İ. Ramizoğlu sözügedən xəstəxananın həkim-kardioloqu vəzifəsində çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə yayılan həmin görüntülər araşdırılır. 

***

Yayılmış görüntülərlə bağlı baş həkim Baku TV-yə açıqlama verib. O videodakı şəxsin başqa adam olduğunu vurğulayıb: “Mən görüntüləri Korrupsiya İdarəsinə, DTX-yə araşdırılması üçün təqdim etmişəm. Bunlar hamısı böhtandır. Böhtanı yayanlar da öz cəzasını alacaqlar. Onlar saxta pensiya düzəldən dəllaldır. Ona görə adımı hallandırırlar ki, onları saxta iş görməyə imkan vermirəm”.

Günel Türksoy