“Başa düşürdüm ki, dörd ildir xəyanətə məruz qalıram”

basa-dusurdum-ki-dord-ildir-xeyanete-meruz-qaliram
Oxunma sayı: 7185

Rusiyanın Xalq artisti Filipp Kirkorov keçmiş həyat yoldaşı, SSRİ Xalq artisti Alla Puqaçova ilə münasibətlərinin niyə sona çatdığını ilk dəfə açıqlayıb. 

“Qafqazinfo” Gazeta.ru-ya istinadən xəbər verir ki, Kirkorov buna səbəb kimi Puqaçovanın indiki həyat yoldaşı, şoumen Maksim Qalkini göstərib: “O, Allaya diqqət göstərməyə başladı və o da çıxıb getdi. Mən başa düşürdüm ki, dörd ildir xəyanətə məruz qalıram. Bütün gözəl nağıl bir gecədə sona çatdı”.

Kirkorov qeyd edib ki, keçmiş həyat yoldaşına qarşı qəzəbli deyil, çünki o, yarını tapıb. 

Qeyd edək ki, A. Puqaçova və F. Kirkorov 1994-cü ildən başlayaraq 10 il nikahda olublar. Onlar 2005-ci ildə ayrılıb.

A. Puqaçova ilə M. Qalkinin birgə nikahdan iki övladı var.