“Bayden özü heç nəyə imza atmayıb”

bayden-ozu-hec-neye-imza-atmayib
Oxunma sayı: 1352

ABŞ-nin keçmiş prezidenti Co Bayden vəzifədə olarkən özü rəsmi sənədləri imzalamayıb”​.

“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, bunu hazırkı dövlət başçısı Donald Tramp deyib.

“Mən bildim ki, o deyil (Bayden). Avtomatik imzaya kim nəzarət edirdi? Bu çox ciddi sualdır. Heç nəyə imza atmayan prezidentimiz var idi. O, demək olar ki, hər şey üçün avtomatik imzadan istifadə edirdi”, - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, Baydenin prezidentliyi dövründə real hakimiyyəti prezidentin avtoimzasına çıxışı olan “radikal sol dəlilər” həyata keçirib.