Bayramdan sonra dərslər bu tarixdə başlayacaq

bayramdan-sonra-dersler-bu-tarixde-baslayacaq
Oxunma sayı: 11980

Bayram tətilindən sonra təhsil müəssisələrində dərslərin başlanacağı tarix açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. 

Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” müvafiq qərarına əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə cari həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 4 yanvar tarixləri müəyyən olunub.