Bəhlul 3 il öncə də vacib qolla “Qarabağ”ı xilas etmişdi - Video

behlul-3-il-once-de-vacib-qolla-qarabagi-xilas-etmisdi
Oxunma sayı: 1848

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə ötən gecə UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt” klubuna vurduğu qələbə qolu ilə 3 il öncəki tarixi anı yenidən canlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Almaniya təmsilçisi ilə oyunda 90+4-cü dəqiqədə fərqlənərək komandasına 3:2 hesablı qələbə qazandıran Bəhlul 2023-cü ildə komandasını son dəqiqələrdəki vacib qolla məğlubiyyətdən xilas etmişdi. 

Belə ki, həmin vaxt UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda Norveçdə “Mölde” ilə qarşılaşan Ağdam təmsilçisi məğlub durumda ikən B. Mustafazadə 90+5-ci dəqiqədə vurduğu qolla hesabı 2:2 etmiş və komandasına qrupdan çıxmaq yolunda əhəmiyyətli 1 xalı qazandırmışdı.

Qeyd edək ki, Bəhlulun son saniyə qolları “Qarabağ”ın Avrokuboklardakı taleyini dəyişib. 2023-cü ildə həmin heç-heçə sayəsində “köhlən atlar” qrupu 10 xalla başa vuraraq növbəti mərhələyə yüksəlmişdi. Ötən gecəki qələbə isə Bəhlulu həm də Çempionlar Liqasının əsas mərhələsində komandasının heyətində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə salıb.