Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və “Lukoyl” şirkətinin rəhbəri, azərbaycanlı milyarder Vahid Ələkbərov Xəzər dənizində layihələrin həyata keçirilməsini müzakirə ediblər.
“Qafqazinfo” Türkmənistanın dövlət informasiya agentliyi “TDH”yə istinadən xəbər verir ki, tərəflər görüş zamanı Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasilatı barədə fikir mübadiləsi aparıblar.
Bildirilir ki, Vahid Ələkbərov Berdiməhəmmədovu “Lukoyl” şirkətinin Türkmənistandakı fəaliyyəti, həmçinin Xəzər dənizi ərazisində layihələrin gedişatı barədə məlumatlandırıb.
Berdiməhəmmədov isə öz növbəsində qeyd edib ki, Türkmənistan böyük resurs və iqtisadi potensialın olduğu yanacaq və enerji sahəsində məhsuldar əməkdaşlıq üçün hər zaman açıqdır.
“TDH” fevral ayında yazırdı ki, “Lukoyl” şirkəti Xəzər dənizində “Dostluq” yatağının inkişaf etdirilməsində iştirak edə bilər.