“Berlində Bakı və İrəvan arasında razılıq əldə olunub”

berlinde-baki-ve-irevan-arasinda-raziliq-elde-olunub
Oxunma sayı: 3035

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin “Birinci Kanal”ına müsahibəsində deyib.

O bildirib ki, indiki mərhələdə yalnız ilkin nəticələr var: “Lakin tezliklə sülh sazişinin imzalanması istiqamətində iş aparılır”.