“Beşiktaş” Sulşeri qovdu

besiktas-sulseri-qovdu
Oxunma sayı: 3071

“Beşiktaş” baş məşqçisi Ole Qunnar Sulşerlə yolları ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konfrans Liqasının pley-off mərhələsinin “Lozanna” ilə İstanbulda keçirilən cavab matçındakı məğlubiyyət (0:1) norveçli mütəxəssisin qovulması ilə nəticələnib. 

Komandalar İsveçrədəki oyunda 1:1 hesablı heç-heçə etmişdi. Bugünkü nəticədən sonra “Beşiktaş” avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Sulşer bu ilin yanvarından “Beşiktaş”ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 29 oyunda 15 qələbə qazanıb, 9 dəfə uduzub, 5 dəfə heç-heçə edib.