Beyləqanda 1 yaşlı uşaq ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əlinəzərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2024-cü il təvəllüdlü Allahverdiyev Uğur Nicat oğlunun səhəti pisləşib. Ailəsi azyaşlını xəstəxanaya apararkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 23:00 radələrində Beyləqan rayonunda 2024-cü il təvəllüdlü azyaşlı (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən ölü vəziyyətdə gətirilib.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər