“Bəzi münasibətlər birbaşa oyuna təsir edir” - Video

bezi-munasibetler-birbasa-oyuna-tesir-edir
Oxunma sayı: 1058

“Bəzi klubların hakimlərlə bağlantılarını oyunlarda hiss edirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la (0:1) oyundan sonra jurnalistlərin suallarını cavablayarkən deyib.

Çalışdırıcı hakimlərə etriazını bildirib: “Bir epizod oldu ki, ona etiraz etdim. Cavid Cəlilov topa 5 metr məsafədə idi, Nicat bəy 30 metr məsafədə. Uzaqda olsaydı, razılaşardım. Sarı verdi, buna etiraz etdim.

Bəzi klubların hakimlərlə olan bağlantları hələ də var. Bu münasibətlər inanıram ki, yaxın gələcəkdə aradan qalxacaq. Oyunlarda hiss edirik, şəxslərin bəzi münasibətləri var ki, onlar birbaşa oyuna təsir edir. Bunları ümumən deyirəm.  Qərəzli hakim səhvləri var. Gələcək mövsümdə əminəm ki, bu münasibətlər aradan qalxacaq”.