Yeni açılan iş yerlərinin 80 faizi Bakıdadır - Statistika

yeni-acilan-is-yerlerinin-80-faizi-bakidadir
Oxunma sayı: 3853

2024-cü ilin birinci rübü ərzində ölkədə 22,5 min yeni iş yerləri açılıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 94,1 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 80,0 faizi Bakı şəhərinin, 1,7 faizi Naxçıvan Muxtar Respublikasının, 18,3 faizi digər regionların, o cümlədən 5,5 faizi Abşeron-Xızı, 2,1 faizi Gəncə-Daşkəsən, 2,1 faizi Lənkəran-Astara, 1,6 faizi Şirvan-Salyan, 1,4 faizi Şəki-Zaqatala, 1,1 faizi Qazax-Tovuz, 1,1 faizi Quba-Xaçmaz, 1,0 faizi Mərkəzi Aran, 0,9 faizi Şərqi Zəngəzur, 0,6 faizi Qarabağ, 0,6 faizi Mil-Muğan, 0,3 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.