“Qafqazinfo”nun məlumatına görə, martın 6- dan start götürəcək 18 nəfərin məhkəmə prosesində iddiaçıların əksəriyyəti İmişli rayon sakinləridir. Buna səbəb kimi İmişli RİH- nin sözü gedən rayonda evlərin tikintisi zamanı ayrı- seçkiliyə və korrupsiya hallarına yol verməsi qeyd olunur. İddia ərizəsində həmçinin bildirilir ki, İmişli rayonunda bir çox hallarda qəzalı evlər “unudularaq” daha çox ehtiyacı olan insanlara deyil, evi qəzalı olmayan, imkanlı şəxslərə evlər tikilib. Məhkəmə iddiaçı sakinlərlə yanaşı FHN və İmişli RİH- ni də məhkəməyə çağrılıb. Məhkəmə prosesi 6 fevral saat 11 30- da 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində başlayır. Məhkəmə prosesində KİV və QHT nümayəndələrinin iştirakı açıqdır.
Qeyd edək ki, Kür Araz daşqınlarından əziyyət çəkən 100- ə yaxın sakin Fövqəladə Hallar Nazirliyi və Nazirlər Kabinetini, eləcə də Meliorasiya və Su Təsərrüfatı ASC- ni məhkəməyə verib. Martda bununla bağlı daha 18 nəfərin məhkəməsi başlayır. İndiyə qədər 20 nəfərin məhkəmə işi 1- ci instansiyadan keçib, 14 nəfərin işi Yasamal rayon məhkəməsinə, 7 nəfərin işi Apelliyasiya məhkəməsinə, 1 nəfərin işi isə Ali məhkəməyə göndərilib. 1 nəfərin iddiası məhkəmənin qərarı ilə, 5 nəfərin iddiası məhkəmənin gedişində, 2 nəfərin iddiası isə məhkəmə prosesi başlamadan təmin olunub. Əlavə olaraq 40 nəfərin iddia sənədləri hazırlanaraq 1 saylı İnzibatı İqtisad Məhkəməsinə təqdim olunub. Hazırda 21 nəfərin işi isə məhkəməyə təqdim edilmək üçün hazırlanır.
Son xəbərlər
Son Xəbərlər