Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video - Yenilənib

bineqedide-yol-cokdu-suruculer-cetin-veziyyete-dusdu
Oxunma sayı: 744

Binəqədidə yol çöküb.

“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.

Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

***

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib  ki, məsələnin Agentliyə aidiyyəti yoxdur: “Bu, rabitə xəttinin baxış qapağıdır. Tərəfimizdən aidiyyəti üzrə məlumat verilib ki, problem aradan qaldırılsın”.

O əlavə edib ki, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi Azadlıq prospektində “Aztelekom”a məxsus rabitə lükü çöküb.

Ərazidən görüntüləri təqdim edirik: