Cəlilabadda evdə yanğın - Foto

celilabadda-evde-yangin
Oxunma sayı: 336

Cəlilabad rayonunun Xəlilli kəndində yanğın hadisəsi baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, yanğın kənd sakini Eldəniz Bağırova məxsus birmərtəbəli evdə olub.

Belə ki, yanğının qısa müddətdə şiddətlənməsi səbəbindən mənzil tamamilə yanıb. 

Hadisə yerinə gələn FHN-in Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürüb. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov