Bərdədə 4 nəfər qidadan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza Əliyeva, oğlu Şəmistan Əliyev və onun arvadı Təhminə Əliyeva yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.
Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.
Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
***
Bərdə Rayon Mərkəzi Xəstəxanasından saytımıza verilən məlumata əsasən, dekabrın 7-si saat 06:30 radələrində xəstəxananın Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub: “Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Son xəbərlər
Son Xəbərlər