Meksikada mağaza əməkdaşı hərəkətdə olan avtomobillərin qarşısına çıxan balaca qızı vurulmaqdan son anda qurtarıb.
“Qafqazinfo” xəbər verir ki, Puebla ştatında baş verən hadisə təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda azyaşlının nəqliyyat axını olan yola qaçdığı görünür. Mağaza işçisinin ani reaksiyası sayəsində faciənin qarşısı alınıb.
Görüntülər sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.
Son xəbərlər
Son Xəbərlər