Biri geyimi, digəri növbə gözləməməsi ilə - Diqqət çəkdi

biri-geyimi-digeri-novbe-gozlememesi-ile
Oxunma sayı: 5608

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində tanınmış sənətçilər də səs veriblər.

“Qafqazinfo” xəbər verir ki, onların arasında Serenay Sarıkaya, Zeynep Bastık, Cem Yılmaz, Beren Saat və Kenan Doğulu, Müge Boz, Aleyna Tilki, Sezen Aksu, Hülya Avşar, Hande Erçel, Murat Boz və digərləri var.

S.Sarıkaya səsvermə məntəqəsinə “Adana Demirspor” klubunun formasında gəlib. Onun bu geyimi və məşhur brenddən taxdığı 800 min lirəlik (4194 AZN) saatı müzakirə olunub. “Bunu “Aile”də bütün heyətə adımızın yazılı olduğu şəkildə hədiyyə etmişdilər. İlk dəfə bu gün geyindim”, - geyimi haqda danışan aktrisa deyib.

Z.Bastık isə səsvermə məntəqəsi önündə uzun növbəni görüb və öz yerinə köməkçisini qoyaraq ərazidən uzaqlaşıb. Daha sonra isə qayıdaraq səs verib. Onun bu hərəkəti görənləri təəccübləndirib.

Səs verən məşhurların fotolarını təqdim edirik: