“Bitcoin” kəskin ucuzlaşdı

bitcoin-keskin-ucuzlasdi
Oxunma sayı: 3258

“Bitcoin” son sutkada 6 faiz dəyər itirərək, 29 min 400 dollar səviyyəsinə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla kriptovalyutanın həftəlik dəyər itkisi 11 faizi ötüb.

“Bitcoin”dən sonra ikinci yerdə olan “Ethereum” da son sutka ərzində 7 fazi ucuzlaşaraq, 1735 dollara qədər geriləyib. Bu kriptovalyutanın həftəlik dəyər itkisi 14 faizdir.

“Tether” kriptovalyutalar arasında ən az dəyər itirənidir. Bu virtual pul 0,02 faiz ucuzlaşaraq, 1 dollar olub. Həftəlik itki isə 0, 04 faizdir.

“Ripple” son 24 saat ərzində 9 faiz geriləyib və 0,52 dollar olub. Həftəlik dəyər itkisi 18 faiz təşkil edir.