Putin Hakan Fidanla görüşdü

putin-hakan-fidanla-gorusdu
Oxunma sayı: 510

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Kazan şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşür.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.

Görüş Kazanda keçirilən Rusiya–ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) sammiti çərçivəsində baş tutur. Maraqlıdır ki, Kremlin rəhbəri ilə görüşdən əvvəl, çərşənbə günü Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də danışıqlar aparıb.

Rusiya Prezidenti sammitin açılışında bəyan edib ki, tərəflər 35 illik qarşılıqlı fəaliyyət dövründə böyük tərəfdaşlıq təcrübəsi toplayıblar. O, Kazan forumunda Rusiya və assosiasiyaya daxil olan ölkələrin aparıcı biznes nümayəndələrinin bir araya gəldiyini diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 17-dən 19-dək Kazanda keçirilən Rusiya–ASEAN sammitində 8,5 min insanın iştirakı gözlənilir. Tədbirə Rusiya da daxil olmaqla 13 nümayəndə heyəti (Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin, Şərqi Timor və ASEAN katibliyi) dəvət olunub.