Həyat yoldaşlarının yeri səhv düşdü

heyat-yoldaslarinin-yeri-sehv-dusdu
Oxunma sayı: 413

Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts G7 sammitində maraqlı vəziyyətlə qarşılaşıblar.

“Qafqazinfo” xəbər verir ki, bu, rəsmi görüş zamanı siyasətçilər və onların həyat yoldaşları kameralar qarşısında bir-birini salamlayarkən baş verib.

Belə ki, Fransa liderinin yanında Bricit Makron deyil, Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merts dayanıb.

Bir anda cütlüklər çaş-baş qalıblar, lakin tezliklə Fransa prezidenti arvadının əlindən tutub onu özünə tərəf aparıb və onun yerinə Şarlotta Merts keçib.

Daha sonra gülümsəyən siyasətçilər və həyat yoldaşları foto çəkdirməyə davam ediblər.