“Borussiya” PSJ-ni məğlub etdi - Video

borussiya-psj-ni-meglub-etdi
Oxunma sayı: 2546

Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, yarımfinalda daha bir oyun baş tutub.

Almaniyanın “Borussiya” (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkib. “Siqnal İduna Park”da keçirilən matçın taleyini bir qol həll edib. Yekunda meydan sahibləri qələbəyə seviniblər.

Cütün taleyinə mayın 7-də Parisdə keçiriləcək cavab matçında aydınlıq gələcək.

Yarımfinalın digər ilk matçında Almaniya və İspaniya nəhəngləri – “Bayern” və “Real” heç-heçə oynayıblar – 2:2.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
1 may

“Borussiya” (Dortmund, Almaniya) – PSJ (Fransa) 1:0

Qol: Fullkruq, 36.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Dortmund, “Siqnal İduna Park” stadionu.