Braziliya prezidenti xəstəxanaya yerləşdirildi

braziliya-prezidenti-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 1391

Braziliya Prezidenti Jair Bolsanuru bu gün səhər saatlarında qarın nahiyəsində ağrı şikayəti ilə hərbi hospitala yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Globo teleradio şəbəkəsi Prezident dəftərxanasına istinadla məlumat yayıb. Bildirilir ki, Prezidentin çərşənbə gününə nəzərdə tutulan bütün görüşləri ləğv olunub.

Xatırladaq ki, Bolsanurunun səhhəti ilə bağlı problemlər hələ seçkiqabağı kampaniya zamanı başlayıb. 2018-ci ilin payızında tərəfdarları qarşısında çıxışının gedişində naməlum şəxs ona hücum edərək, qarnına bıçaq zərbəsi vurub. Bolsanuru dörd dəfə əməliyyat olunub.

Ötən ilin iyulunda isə koronavirusa yoluxan Braziliya Prezidenti üç həftə karantində qalıb. Bolsonaru ötən ilin sentyabrında böyrək daşının çıxarılması üçün əməliyyat edilib.