Britaniya Nailə Əsgərzadəyə sanksiya tətbiq etdi

britaniya-naile-esgerzadeye-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 8131

Böyük Britaniya hökuməti Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinə və bir neçə rusiyalı jurnalistə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, sanksiya tətbiq edilən jurnalistlərin Britaniyaya girişinə qadağa qoyulub. Bununla yanaşı, ölkədə həmin şəxslərin bank hesabları aşkar olunarsa, dondurulacaq.

Sanksiya tətbiq edilən şəxslər sırasında azərbaycanlı jurnalist, 34 yaşlı Nailə Əsgərzadə də var.

Bundan əlavə, hərbi müxbirlər: Yevgeni Poddubnıy, Alexander Kots, Dmitri Steşin, aparıcı Mixail Leontyev, eləcə də Rusiya Prezidentinin köməkçisi, Birinci kanalın Direktorlar şurasının sədri Maksim Oreşkin sanksiya siyahısına daxil edilib.