Britaniya qanunsuz miqrantları ora göndərəcək

britaniya-qanunsuz-miqrantlari-ora-gonderecek
Oxunma sayı: 2176

“Böyük Britaniyaya qanunsuz yollarla gələn miqrantlar 10-12 həftə ərzində Ruandaya aparılacaqlar”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Rişi Sunak bildirib.

O, bunun qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yaxşı üsul olacağını deyib.

Rişi Sunak bildirib ki, qanun layihəsinin son hissəsi bu gün hər nə cür olursa-olsun parlamentdən keçəcək və bundan sonra qanunsuz miqrantlar 10-12 həftəyə Ruandaya yollanacaq.

Xatırladaq ki, Ruandaya miqrantları aparacaq ilk reys 2022-ci ilin iyununda yola çıxmalı idi, lakin hüquqi problemlər səbəbindən sonra bu, ləğv edilmişdi.