Britaniya XİN-in nümayəndəsi Bakıya gəlib

britaniya-xin-in-numayendesi-bakiya-gelib
Oxunma sayı: 1175

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Kris Allan Bakıya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld öz “X” hesabında paylaşıb. 

“XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün Beyin Mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu oldu”, - deyə səfir qeyd edib.