Səfurə 1992-ci ildə Bakı şəhərində sənətçi ailəsində anadan olub. Onun atası rəssam, anası Nailə xanım isə pianoçu və dizaynerdir.
Hazırda 19 yaşında olan müğənni 3 yaşından oxumağa başlayıb. Kaman və saksafon üzrə orta musiqi təhsili alıb. Azərbaycanda saksafonda ifa etməyi bacaran yeganə qadın sənətçidir.
Səfurə müxtəlif müsabiqələrdə iştirak edib, “Yeni Ulduz -8” Müsabiqəsinin birincisi olub. “Eurovision-2010” Mahnı Müsabiqəsində isə Azərbaycanı təmsil edərək beşinci yeri qazanıb.
Ailədə özündən başqa Fidan adlı bacısı da var. Səfurə hər zaman deyir ki, Fidan onun ilk balaca prodüseridir.
Nigar Məmmədli
Son xəbərlər
Son Xəbərlər