İran limanlarına tətbiq edilən dəniz blokadasını ləğv etdilər

iran-limanlarina-tetbiq-edilen-deniz-blokadasini-legv-etdiler
Oxunma sayı: 350

ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını ləğv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Amerika hərbçiləri İran limanları və sahil ərazilərinə giriş-çıxış edən gəmilərə qoyulan məhdudiyyətləri aradan qaldırıblar.

Bununla yanaşı, ABŞ hərbi gəmiləri Vaşinqton və Tehran arasında əldə olunan razılaşmanın icrasına nəzarət etmək üçün bölgədə qalacaq.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında qarşıdurmanın dayandırılmasına yönəlmiş razılaşma əldə olunub.