Rusiyada teleqram messencerinin fəaliyyətinin yavaşladılması qərarı siyasi dairələrdə kəskin etirazlara və qalmaqala səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, “Ədalətli Rusiya” partiyasının lideri, Dövlət Dumasının deputatı Sergey Mironov bu addımı atanları “əclaf” və “axmaq” adlandıraraq sərt tənqid edib.
Deputat bildirib ki, teleqram hazırda döyüş bölgəsində olan hərbçilər üçün ailələri ilə əlaqə saxlamağın və yardımların toplanmasının yeganə yoludur. Mironov bu qərarı verənlərin dərhal cəbhə xəttinə göndərilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, “Roskomnadzor” fevralın 10-dan etibarən platformanın qanunvericiliyin tələblərinə əməl etməməsi, fırıldaqçılıq və terrora qarşı mübarizə bəhanəsi ilə texniki məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Teleqramın həmtəsisçisi Pavel Durov da məsələyə münasibət bildirərək vətəndaşların azadlıqlarının məhdudlaşdırılmasının heç vaxt düzgün həll yolu olmadığını qeyd edib.
Son xəbərlər
Son Xəbərlər