ABŞ-nin Virciniya ştatında spirtli içki mağazalarından birində maraqlı hadisə qeydə alınıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, işçilərdən biri səhər işə gələrkən mağazada rəflərin dağıdıldığını, spirtli içki şüşələrinin yerə atılaraq sındırıldığını aşkar edib.
İlk olaraq hadisənin qarət olduğu ehtimal edilib. Lakin sonradan hadisənin insan tərəfindən deyil, yenot tərəfindən törədildiyi məlum olub.
Belə ki, mağazaya daxil olan yenot müəssisənin sanitar qovşağında yatarkən aşkar edilib. Heyvanın qida əldə etmək məqsədilə ora girdiyi və yerə dağıtdığı spirtli içkilərdən içdiyi ehtimal edilir.
Yuxulu halda heyvan sığınacağına təhvil verilən yenot daha sonradan təbiətə buraxılıb.
Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Son xəbərlər
Son Xəbərlər