Rusiyada hokkey məşqçisi Aleksandr Kuzmenko ayı hücumu nəticəsində həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Tıva şəhərində baş verib.
Böyük Yenisey çayının sahilində balıq tutan Kuzmenkoya ayı hücum edib. Daha sonra məşqçinin dostları ayını uzaqlaşdırıb və Aleksandra kömək etməyə çalışıblar.
O, helikopterlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Aleksandr Kuzmenkonun oğlu Andrey Kuzmenko da məşhur hokkeyçidir və MHL-də çıxış edir.
Onu da bildirək ki, son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Ümumilikdə, bu müddət ərzində ölkə ərazisində ayı hücumlarında 15 nəfər həlak olub.
Son xəbərlər
Son Xəbərlər