Bu dəfə də olmadı... - Fotolar

bu-defe-de-olmadi
Oxunma sayı: 3571

Xəbər verdiyimiz kimi, “Barselona” UEFA Çempionlar Liqasının yarımfinal matçında “İnter”ə məğlub olaraq (4:3) turnirlə vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, görüşün final fitindən sonra Kataloniya təmsilçisinin oyunçuları göz yaşlarını saxlaya bilməyiblər.

10 ildir ÇL-də final görməyən komanda yenə həlledici görüşə çıxa bilməyib.

Qeyd edək ki, “Barselona” sonuncu dəfə 2014/2015 mövsümündə “Yuventus”u 3:1 hesabı ilə məğlub edərək kuboka yiyələnib.

Klub tarixində beş dəfə Çempionlar Liqasının qalibi olub. 

Görüntüləri təqdim edirik: