Bu gün ABŞ-da 59-cu prezident seçkiləridir

bu-gun-abs-da-59-cu-prezident-seckileridir
Oxunma sayı: 2703

Çərşənbə axşamı (bu gün) ABŞ-da 59-cu ümumi seçkilər keçiriləcək.

“Qafqazinfo” “TASS”a istinadən bildirir ki, Prezident və vitse-prezidentlə yanaşı, amerikalılar 35 senator, Nümayəndələr Palatasının 435 üzvünü, 11 ştatın və iki ərazinin qubernatorunu, həmçinin yerli hakimiyyət orqanları rəhbərlərini seçməlidirlər.

Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.  

Qeyd edək ki, seçilmiş prezidentin inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.